Pleyeri seçin:

Rusiya qoşunlarına qarşı ağlasığmaz plan | Tarixdə görünməmiş bu üsul işə yaradı?

31 yanvar 2025 234 baxış

Soyuq müharibə dövründə Qərbi Avropa Rusiyanın Şimali Almaniyaya doğru irəliləməsi ehtimalından narahat idi. Bunu nəzərə alan Britaniya hökuməti mümkün bir işğalı ləngitmək üçün yollar axtarmağa başlayıb.

1950-ci illərin ortalarında Britaniya "Blue Peacock" adlı bir layihə üzərində işləyirdi. Bu plana əsasən, Şimali Almaniyada yeraltına 8 günə qədər gecikmə ilə aktivləşdirilə bilən 10 kilotonluq nüvə bombaları yerləşdirilməli idi. Məqsəd bölgəni radiasiya ilə çirkləndirərək rus qoşunlarının irəliləməsini və ərazidə məskunlaşmasını əngəlləmək idi.

Lakin layihə çərçivəsində ciddi bir texniki problem ortaya çıxıb. Mütəxəssislər müəyyən edib ki, soyuq hava şəraitində bombanın daxili mexanizmi işləməyə bilər və bu da onun partlayışını qeyri-mümkün edəcək.

Problemi həll etmək üçün qeyri-adi bir üsul düşünülüb. Bombanın içinə canlı toyuqlar yerləşdirilməli idi. Onların bədən istiliyi bombanın içərisində lazımi temperaturu qoruyaraq partlayış mexanizminin donmasının qarşısını alacaqdı.

Britaniya bu planı həyata keçirmək üçün hətta bir prototip də hazırlayıb və sınaqdan keçirib. Lakin ilkin testlərdən sonra layihə heç bir səbəb göstərilmədən dayandırılıb. Bununla da nüvə silahları tarixində ən qeyri-adi ideyalardan biri tarixə qovuşub. 

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 234 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 234 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 234 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 234 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 234 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 234 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 234 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 234 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 234 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 234 baxış
Seçilmişlər
icon