Pleyeri seçin:

Rusiya Şimali Koreyaya əsgərlərə görə ödəniş belə edib | Detallar açıqlandı

22 noyabr 2024 213 baxış

Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmələri üçün Şimali Koreya qoşunlarının göndərilməsi müqabilində Koreya Xalq Demokratik Respublikasına (KXDR) hava hücumundan müdafiə raketləri verib.

Bu barədə “Associated Press” Agentliyi Cənubi Koreyanın müdafiə nazirinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya Şimali Koreyaya yalnız raketlər deyil, həmçinin müxtəlif hərbi texnologiyalar verib. Bu texnologiyalar arasında etibarlı kosmik müşahidə sistemi yaratmaq üçün lazım olan avadanlıqlar da mövcuddur.

“BBC News” isə bildirir ki, sanksiyalara baxmayaraq, 2024-cü ilin mart ayından başlayaraq Rusiya KXDR-ə bir milyon bareldən çox neft tədarük edib. Ehtimal ki, bu tədarük Şimali Koreya əsgərlərinin göndərilməsinə görə ödənişin bir hissəsi kimi həyata keçirilib.

Materialda vurğulanır ki, ilk qeydə alınan neft tədarükü 2024-cü il martın 7-də – KXDR-dən Rusiyaya döyüş sursatlarının göndərilməsi barədə ilk xəbərlərin yayılmasından 7 ay sonra baş verib.

Qeyd edək ki, BMT-nin tətbiq etdiyi sanksiyalara görə, Şimali Koreya ildə yalnız 500 min barel neft idxal edə bilər. “Open Source Centre”in məlumatına əsasən, Şimali Koreya tankerinin 43 reysi izlənilib. Bu reyslərin hamısı trekerlər söndürülmüş vəziyyətdə Rusiyanın limanlarına daxil olub. Buna görə də bir milyon barel neft tədarükü yalnız ilkin qiymətləndirmədir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 213 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 213 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 213 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 213 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 213 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 213 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 213 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 213 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 213 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 213 baxış
Seçilmişlər
icon