Pleyeri seçin:

Rusiya Şoyqudan qurtulmağa çalışır? - Bu müəmmalı hadisə əks-səda yaratdı

12 may 2025 675 baxış

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun planlı tibbi müayinədən keçməsi ilə bağlı xəbər siyasi dairələrdə adi bir hadisə kimi deyil, onun gələcək karyerası ilə bağlı məsələnin aydınlaşması kimi qiymətləndirilir.

Bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, belə bir tibbi müayinə adətən hərbi qulluqçuların ehtiyata buraxılması öncəsi keçirilir və bu prosesin zəruri mərhələsi hesab olunur:

“Hadisələrin iki ssenari üzrə inkişaf edəcəyi güman olunur. Birinci variant “şərəfli istefa” və Şoyqunun Federasiya Şurasına keçməsi, eləcə də ölkənin müdafiə sənayesində aparılan antikorrupsiya tədbirləri ilə bağlı hər hansı şərhdən tam çəkinməsidir. İkinci variant isə cinayət təqibidir. Müdafiə Nazirliyindəki korrupsiya sxemləri üzrə aparılan araşdırmalar fonunda bu ehtimal getdikcə artır. Çünki orada həyata keçirilən genişmiqyaslı maliyyə əməliyyatlarının nazirin xəbəri olmadan baş tutması çətin görünür”.

Qeyd olunub ki, Şoyquya yaxın şəxslər onun müdafiə naziri vəzifəsindən getdikdən sonra qeyri-müəyyən vəziyyətdə olduğunu bildirirlər:

“Bir neçə həftəyə 70 yaşını tamamlayacaq Şoyqu üçün bu, təqaüdə çıxmaq baxımından münasib vaxt kimi görünür. Həqiqətən də bu il onun fəaliyyəti xeyli azalıb. O, sonuncu dəfə ictimaiyyət qarşısında apreldə – BRİKS ölkələrinin nümayəndələrinin görüşündə çıxış edib. Şoyqu bu il heç nə ilə yadda qalmadı. Görünür, ona bu vəzifəni yalnız müavinlərinin bir-bir həbsindən sonra sakit şəkildə getməsi üçün verdilər”.

Kopyalandı
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 675 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 675 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 675 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 675 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 675 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 675 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 675 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 675 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 675 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 675 baxış
Seçilmişlər
icon