Pleyeri seçin:

Rusiya və İran liderləri nələri müzakirə etdi?

25 avqust 2025 583 baxış

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıb.

Söhbət zamanı Vladimir Putin Alyaskada ABŞ lideri Donald Trampla keçirilmiş sammitin nəticələri barədə İran Prezidentini məlumatlandırıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığı zamanı Vladimir Putin Enkoricdə baş tutan Rusiya-ABŞ yüksək səviyyəli görüşünün əsas yekunları barədə məlumat verib”, – deyə açıqlamada bildirilir.

Öz növbəsində İran Prezidenti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yönələn diplomatik səyləri dəstəkləyib.

Rusiya və İran prezidentləri həmçinin İranın nüvə proqramını və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər.

“İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verən hadisələr də diqqət mərkəzində olub”, – deyə Rusiya tərəfinin məlumatında qeyd olunur.

Kremlin açıqlamasına görə, Rusiya və İran prezidentləri Şanxay Əməkdaşlıq Təşkilatının 31 avqust-1 sentyabr tarixlərində Çində keçiriləcək növbəti sammitində görüşmək barədə razılığa gəliblər.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 583 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 583 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 583 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 583 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 583 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 583 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 583 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 583 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 583 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 583 baxış
Seçilmişlər
icon