Rusiya və İran liderləri zəng zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin ilə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Danışıqlar zamanı iki ölkə arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq haqqında Müqavilə kontekstində ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.
TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə əsasında Rusiya-İran əməkdaşlığının gələcək inkişafı məsələləri ətraflı şəkildə müzakirə olunub. Xüsusi olaraq qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə diqqət yetirilib. Bu sahədə, xüsusilə nəqliyyat və energetika sektorlarında iri birgə layihələrin həyata keçirilməsi əsas mövzulardan olub.
Prezidentlər həmçinin Rusiya-İran əməkdaşlığının gücləndirilməsi və beynəlxalq siyasət sahəsində koordinasiyanın artırılması istiqamətində işin fəallaşdırılması barədə razılığa gəliblər.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
