Rusiya və Şimali Koreya arasındakı sazişin mətni açıqlandı | Tərəflərdən birinə hücum olarsa...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi dərc olunub.
Sazişə əsasən, Moskva və Pxenyan suverenliyə, ərazi bütövlüyünə və daxili işlərə qarışmamaq prinsiplərinə qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı dəstəkləyir. Tərəflər qlobal strateji sabitlik və yeni, ədalətli dünya nizamı üçün çalışırlar.
Sənədə görə, tərəflərdən birinə hücum olarsa, digəri imtiyazında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərməlidir. Rusiya və KXDR birtərəfli sanksiyalara qarşı çıxır və onları bir-birinə tətbiq etməməyi öhdəsinə götürür.
Müqavilə qeyri-müəyyən müddətə qüvvədədir. Tərəflərdən biri ondan çıxmaq istəsə, yazılı bildiriş göndərir və bundan bir il sonra müqavilə qüvvəsini itirir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
