Rusiya və Ukrayna arasında daimi sülhün yaranması üçün kritik şərt - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Prezident Volodimir Zelenski və rusiyalı həmkarı Vladimir Putin sülh müqaviləsinin ən mürəkkəb məsələlərini razılaşdırmaq üçün şəxsən görüşməlidirlər”.
Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Onun sözlərinə görə, tərəflərin müzakirə etdiyi 20 bəndlik sülh planından yalnız bir neçə məsələ həll olunmayıb. Nazir aydınlıq gətirib ki, bunlar rəhbərlik səviyyəsində həll edilməli olan ən həssas və mürəkkəb məsələlərdir.
Sibiqa bildirib ki, Ukrayna ABŞ tərəfi diqqətini daxili siyasətə, xüsusən də noyabr ayında keçiriləcək aralıq konqres seçkiləri kampaniyasına yönəltməzdən əvvəl danışıqlar prosesini sürətləndirmək niyyətindədir.
“Düzdür, bizim irəliləyişimiz var. Bu sülh səylərini birləşdirməliyik və ya səfərbər etməliyik və onları sürətləndirməyə hazırıq”, – deyə Sibiqa qeyd edib.
O əlavə edib ki, bu, son dərəcə vacibdir, çünki Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni yalnız Tramp dayandıra bilər.
Nazir əlavə edib ki, ABŞ Konqresdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini təsdiqləməyə hazır olduğunu bildirib. Sibiqanın sözlərinə görə, bu, NATO-nun 5-ci maddəsinə bənzər bir mexanizm olmalıdır.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
