Rusiya və Ukrayna bu məsələlərdə razılığa gəldi | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırılması ilə bağlı razılıq əldə olunub”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukraynalı lider həmçinin təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəlindiyini bildirib.
“Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə Vaşinqton nəzarət edəcək. Onlar monitorinq üçün əsas məsul olanlardır. ABŞ üçüncü ölkələrin cəlb olunması məsələsini də gündəmə gətirir. Bu, əgər dənizdən danışırıqsa, Türkiyə, enerjidən danışırıqsa, Səudiyyə Ərəbistanı ola bilər. Hələ ki bu, müzakirə səviyyəsindədir”, ‒ deyə V.Zelenski əlavə edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
