Pleyeri seçin:

Rusiya XİN-dən İran-İsrail münaqişəsi ilə bağlı bəyanat

14 aprel 2024 272 baxış

Rusiya İranla İsrail arasında baş verən gərginlikdən narahatdır və tərəfləri təmkinli olmağa çağırır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İranın İsrail ərazisinə raket və dron hücumu ilə bağlı yaydığı bəyanatda bildirilib.

Sənəddə Rusiya heç bir tərəfi dəstəkləməyib və ya qınamayıb, sadəcə narahatlığını bildirib və tərəfləri təmkinli olmağa çağırıb.

“İsrail ərazisinə çox sayda raket və PUA zərbərləri endirilib. İran XİN-in məlumatına görə, bu, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində İranın regiondakı obyektlərinə, o cümlədən İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun binasına hücuma cavab olaraq həyata keçirilib. Həmin hücumu Rusiya da qəti şəkildə qınamışdı. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qərbli üzvləri İranın konsulluq missiyasına hücuma adekvat cavab verə bilməyib.

Biz regionda növbəti təhlükəli vəziyyətlə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə Fələstin-İsrail münaqişəsi sahəsində məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların həll olunmaması gərginliyin artmasına səbəb olacaq.

Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq. Ümid edirik ki, regional dövlətlər mövcud problemləri siyasi və diplomatik yollarla həll edəcəklər.

İsraildə və qonşu ölkələrdə, ilk növbədə İordaniya, Livan və Suriyada yerləşən Rusiya vətəndaşlarının diqqətini Rusiya Xarici İşlər Nazirliyinin və Rusiyanın xaricdəki qurumlarının rəsmi saytlarında dərc olunan məlumatlara və tövsiyələrə əməl etməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunub. 

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 272 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 272 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 272 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 272 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 272 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 272 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 272 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 272 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 272 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 272 baxış
Seçilmişlər
icon