Rusiyada benzin satışına yeni məhdudiyyət qoyuldu? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yanacaq bazarında baş verən son dəyişikliklər fonunda yeni məhdudiyyət tətbiq olunub.
“Avito” platforması benzinin təkrar satışı ilə bağlı bütün elanları gizlədəcəyini açıqlayıb.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, bu addım əsas tələbat malları üzərində mümkün spekulyasiyaların qarşısını almaq məqsədi daşıyır.
Bildirilib ki, platforma bu kateqoriya üzrə qaydaları yenidən nəzərdən keçirəcək və bəzi əməliyyatlara qadağa tətbiq edə bilər.
Rosstatın məlumatına əsasən, benzinin qiyməti ardıcıl ikinci həftədir təxminən 1 faiz artır. Dizel yanacağında da bahalaşma qeydə alınıb. Rusiya Mərkəzi Bankı isə yanacaq istehsalının azalması səbəbindən inflyasiya risklərinin yüksəldiyini bildirib.
Hökumət yanacaq təchizatının Energetika Nazirliyinin daimi nəzarətində olduğunu açıqlayıb. Bir sıra mərkəzi regionların hakimiyyət orqanları şəbəkə yanacaqdoldurma məntəqələrində yanacağın kifayət qədər olduğunu bəyan etsə də, bəzi özəl yanacaqdoldurma məntəqələrində problemlərin müşahidə edildiyi qeyd olunur.
Tver vilayətində isə fiziki şəxslər üçün benzin satışı müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyət “Surqutnefteqaz” və “Tatneft” şəbəkələrinə şamil edilir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
