Rusiyada bir ailə Putinin şərəfinə görün nə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yeni doğulmuş körpəyə Vladimir Putin adı qoyulub. Oğlan Nijnevartovskda anadan olub.
"Nv86.ru" saytı xəbər verir ki, valideynlər övladlarını Rusiya Federasiyasının Prezidentinin şərəfinə adlandırmaq qərarına gəliblər.
Vladimir Putin Qoşqaroviç 9 fevral 2024-cü ildə anadan olub. Valideynləri oğlan gözlədiklərini bilən kimi ona belə bir ad qoymaq barədə qərar veriblər.
“Ölkə üçün çox işlər görən prezidentimizin heç vaxt unudulmaması üçün oğluma bu adı vermək qərarına gəldim”, – deyə Vladimir Putinin atası "nv86.ru" portalı ilə fikirlərini paylaşıb.
Vladimir Putin 4,1 kq çəkidə və 56 sm boyunda doğulub. O və anası özlərini əla hiss edirlər. Ailəsi onu Putin adlandırır.
Təəssüf ki, bu barədə yayılan çoxsaylı informasiyaların heç birində yeni doğulan körpənin atasının soyadı və ata adı, əslən haralı, hansı millətdən olduqları göstərilmir. Amma uşağın ata adının Qoşqar olması bəzi təxminlərə yol aça bilər.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
