Rusiyada dəhşətli partlayış | Yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sankt-Peterburq şəhərində Hərbi Rabitə Akademiyasında partlayış baş verib.
Bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərindən birinin təmizlənməsi zamanı baş verib. Məlumata görə, İkinci Dünya müharibəsinə aid sursat partlayıb.
Partlayış nəticəsində 7 hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilib.
Leninqrad Hərbi Dairəsi komandanlığının nümayəndələri hadisənin başvermə səbəbini və şəraitini aydınlaşdırmaq üçün əraziyə gəliblər.
Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki Rabitə Akademiyasında baş verən hadisənin terror xarakteri daşımadığı bildirilib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
