Pleyeri seçin:
Rusiyada dəhşətli yanğın | 400-dən çox sakin təxliyə edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Leninqrad prospektində “Aeroport” metrostansiyasının yaxınlığında altımərtəbəli yaşayış binasının dam örtüyü yanıb.
Bu barədə Rusiya mediası məlumat yayıb. Vəziyyətlə əlaqədar üçüncü mürəkkəblik dərəcəsi təyin edilib. Moskva yanğın-xilasetmə qarnizonunun əksər hissələri, o cümlədən ehtiyatda olan şəxsi heyət və 2 helikopter əraziyə cəlb olunub.
İlkin məlumatlara görə, fövqəladə vəziyyət nəticəsində 10-dan çox şəxs xəsarət alıb, 400-dən çox sakin təxliyə edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Moskvanın şimalında yaşayış binasının damında baş verən böyük yanğını lokallaşdıra biliblər.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
