Rusiyada dəhşətli yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində dəhşətli yanğın baş verib.
Ümumilikdə yanğın zamanı 92 binaya ziyan dəyib. Onlardan təxminən yarısı yaşayış evidir.
Yanğının söndürülməsi və dağıntıların təmizlənməsi zamanı 1 nəfərin meyiti aşkar edilib. Yanğın ərazisindən 27 nəfər, o cümlədən 3 uşaq təxliyə olunub. Təxliyə olunanlar müvəqqəti yaşayış məntəqəsinə yerləşdirilib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən qatarı və 1 helikopteri də daxil olmaqla 120 nəfər və 33 texnika cəlb olunub.
Yanğın vilayətin digər yaşayış məntəqələrində də müşahidə olunub. Baş verənlərlə bağlı bir neçə versiya üzərində iş aparılır. Yanğının quru otlardan başlaması və ya alovun meşədən gəlməsi ehtimal olunur. Quru otların çox olması səbəbindən yanğın genişlənməkdə davam edir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
