Rusiyada güclü yanğına səbəb olan hücum | Müharibədə gərgin vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hava hücumundan müdafiə qüvvələri fevralın 5-dən 6-na keçən gecə ölkə ərazisində 28 Pilotsuz Uçuş Aparatını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, PUA-lardan 13-ü Azov dənizi üzərində, 8-i Rostov vilayəti ərazisində, təyyarə tipli 6 PUA Krasnodar diyarında, biri isə Həştərxan vilayətində zərərsizləşdirilib. Dağıntı və tələfat yoxdur.
Əlavə olunub ki, bir gün öncə də Həştərxan vilayətinin Axtubinski rayonu hücuma məruz qalıb. Rayon adminstasiyasının teleqram kanalında bildirilib ki, yanacaq-energetika kompleksi də daxil olmaqla, Ukrayna silahlı qüvvələrinin pilotsuz təyyarələri bölgədə yerləşən obyektlərə hücum edib. PUA-lardan birinin qalıqlarının düşməsi nəticəsində Həştərxan Qaz Emalı Zavodunda yanğın baş verib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
