Rusiyada “İL-76” hərbi təyyarəsi qəzaya uğradı | Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
“İl-76” hərbi təyyarəsi martın 12-də Rusiyanın İvanovo vilayətində qəzaya uğrayıb.
Hadisə nəticəsində göyərtədə olan 15 nəfər həlak olub.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölənlərdən 8-i ekipaj üzvü və 7-si isə sərnişin olub.\
Xəbərə görə, İvanovo yaxınlığında qəzaya uğrayan təyyarə Severnı aerodromundan havaya qalxarkən mühərriki yanıb. Ekipaj dövrə vurduqdan sonra eniş zolağına təcili eniş etməyə cəhd etsə də, buna nail ola bilməyib. Hava gəmisi aerodromdan çox uzaqda, Boqorodskoye kəndi yaxınlığındakı qəbiristanlığın ərazisinə düşüb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə də təyyarənin havada olarkən mühərriklərindən birinin yandığı müşahidə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
