Pleyeri seçin:

Rusiyada miqrantlara hücum | Terrordan sonra hansı tədbir görüldü?

08 aprel 2024 488 baxış

Rusiyada Mərkəzi Asiyadan olan miqrantlara qarşı görülən təhlükəsizlik və digər tədbirlərin həcmi 70% artıb.

Beynəlxalq qeyri-hökumət təşkilatı “Human Rights Watch”un yaydığı məlumata görə, martın 22-də “Crocus City Hall”da baş verən terror aktından sonra ölkədə miqrasiya qanunlarının pozulması iddiası ilə miqrantlara qarşı açılan məhkəmə işlərinin sayı 2024-cü ilin orta göstəricisi ilə müqayisədə 70% artıb.

Bundan əlavə, sözügedən hadisədən sonra Mərkəzi Asiyadan olan miqrantlar və qeyri-slavyan görünüşlü digər şəxslər təqib və etnik zəmində hücumlarla üzləşirlər. Onlar işdən azad edilmə, fiziki hədə-qorxu və ksenofobik zorakılıq kimi hallarla üz-üzə qalıblar.

Lakin Rusiya hakimiyyəti sözügedən zorakılıq və təqib hallarını pisləmək əvəzinə Mərkəzi Asiyadan olan miqrantlara, xüsusilə də Tacikistan vətəndaşlarına qarşı əsassız reydlər və yoxlamalar həyata keçirib.

Bütün bunların nəticəsində isə miqrantlara qarşı məhkəmə iddiaları hücumdan sonra orta hesabla 70% artaraq pik həddə çatıb.

Məlumat üçün bildirək ki, martın 22-də Moskvada yerləşən “Crocus City Hall” konsert zalında baş verən terror aktı nəticəsində azı 144 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. 95 nəfər isə itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 488 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 488 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 488 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 488 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 488 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 488 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 488 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 488 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 488 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 488 baxış
Seçilmişlər
icon