Rusiyada növbəti dəfə terrora cəhd edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın cənubundakı Nalçik şəhərində keçirilən antiterror əməliyyatı zamanı iki silahlı məhv edilib.
Bu barədə ölkənin Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, cinayətkar dəstənin üzvləri beynəlxalq terror təşkilatının tərkibinə daxil olublar. Onlar Kabardin-Balkar Respublikası ərazisində bir sıra diversiya və terror aktları törətməyi planlaşdırırmışlar. Qurum əməliyyatın görüntülərini də paylaşıb.
Xatırladaq ki, Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə Rusiya təhlükəsizlik qüvvələri ilə bir qrup yaraqlı arasında silahlı qarşıdurma olub. Bununla əlaqədar Nalçikdə və Çerekski rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. İlkin ehtimallara görə, quldur dəstəsinə 12-yə qədər yaraqlı daxildir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
