Pleyeri seçin:

Rusiyada Prezident Administrasiyasında həyəcanlı anlar | Saxlanılan var

04 aprel 2024 432 baxış

Moskvada oyuncaq avtomatla Prezident Administrasiyasının binasına girməyə cəhd edilib.

“Baza” “Telegram” kanalının məlumatına görə, aprelin 3-də səhər saatlarında Federal Mühafizə Xidmətinin əməkdaşları İlyinka küçəsində yerləşən Prezident Administrasiyasının binasının yaxınlığında şübhəli bir adam görüblər.

Adamın üstündə avtomata oxşayan bir əşya olub. Naməlum şəxs vestibülə daxil olanda mühafizəçilər hər iki tərəfdən qapıları bağlayıb və polis çağırıblar. Həmin şəxs saxlanılıb.

Onun Ukrayna doğumlu, 69 yaşlı Viktor Krasivski olduğu məlum olub. V.Krasivskinin üstündə qəhvəyi qundağı olan qara “Kalaşnikov” avtomatı şəklində uşaq oyuncağı aşkar olunub.

V.Krasivski polisə izah edib ki, o, 15 ildir Prezidentlə görüşmək istəyir, lakin ona həmişə rədd cavabı verilib. Bu dəfə də o, aktual məsələləri müzakirə etmək üçün “şəxsi qəbulda” iştirak etmək qərarına gəlib. V.Krasivski polis şöbəsinə aparılıb, daha sonra psixiatrik xəstəxanaya yerləşdirilib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 432 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 432 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 432 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 432 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 432 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 432 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 432 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 432 baxış
Seçilmişlər
icon