Rusiyada raket bazasında partlayış olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Orenburq vilayətinin Yasnı şəhərində Strateji Raket Qoşunlarının bazası yaxınlığında partlayış baş verib.
Bu barədə yerli Kütləvi İnformasiya Vasitələri məlumat yayıb.
İxtisaslaşmış resursların məlumatına görə, bir neçə saat əvvəl Strateji Raket Qoşunlarının poliqonundan raket buraxılışı həyata keçirilib, lakin uğursuz olub.
Regional "Ural56" nəşri yerli sakinlərə istinadən bildirib ki, partlayışdan sonra göyə bənövşəyi tüstü qalxıb.
Medianın yazdığına görə, hadisənin səbəbi raketin buraxılışı zamanı baş verən qəza olub. Ehtimala görə, raket havada dağılıb.
"Ural56"nın xəbərinə görə, rəsmi qurumlar hadisə ilə bağlı şərh verməyib. Region hökuməti isə əhaliyə heç bir təhlükə olmadığını və evakuasiya planlaşdırılmadığını açıqlayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
