Pleyeri seçin:

Rusiyada savaşa görə bağlanan hava limanları nə vaxt açılacaq?

29 yanvar 2025 496 baxış

“Rusiyanın cənubundakı hava limanları tezliklə açıla bilər. Şirkətlər artıq işçi axtarışına başlayıb. Rusiya mediası altı hava limanında 150-dən çox yeni vakansiyanın açıldığını bildirib”.

Bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə, Krasnodar, Soçi və Anapa hava limanlarının idarə edilməsi ilə məşğul olan “Aerodinamika” şirkətində 119 vakansiya elan edilib.

“Şirkətdə sərnişinlərə xidmət qrupunun rəhbəri, videomüşahidə operatoru və hərəkət qabiliyyəti məhdud olan sərnişinlər üçün müşayiətçi axtarırlar. Anapada dispetçer axtarılır, Simferopol aeroportu baxış inspektoru, kinoloq, yükdaşıyan və xüsusi texnika üçün sürücü kimi mütəxəssislər üçün vakansiya elan edib. Gelencik dispetçer, yanğınsöndürən maşın sürücüsü və inspektor götürməyə hazırdır”, – məlumatda qeyd olunub.

Rusiyanın “Avia.ru” saytının baş redaktoru Roman Qusarov vakansiya elanının aeroportların açılması ilə bağlı olduğunu təkzib edib.

“Hələlik hərbi əməliyyat zonasına yaxın ərazidə yerləşən hava limanlarının açıq olacağını söyləmək tezdir. Hava nəqliyyatı üçün təhlükə zonası təkcə bu hava limanları ilə məhdudlaşmır, o demək olar ki, Volqaya, bütün Volqaboyuna və Urala qədər genişlənib. Bu hava limanlarının fəaliyyət göstərənlər siyahısına qaytarılması yalnız bu hava məkanlarında mülki təyyarələr üçün bütün təhlükələr aradan qaldırıldıqda baş verəcək. Hərbi əməliyyatlar dayandırılmayana, sülh sazişi, ya da bu ərazilərə qarşı təhlükələri aradan qaldıran hər hansı digər format olana qədər bu hava limanları fəaliyyətini bərpa edə bilməyəcək”, – R.Qusarov bildirib.

Qeyd edək ki, Rusiyanın Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanları müharibə səbəbindən bağlanılıb.

Banner
Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar - Baku TV

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar - Baku TV

Dünya
10 oktyabr 2026 496 baxış
Tramp dizel yanacağının qlobal bazara tədarükünə icazə verdi

Tramp dizel yanacağının qlobal bazara tədarükünə icazə verdi

Dünya
10 oktyabr 2026 496 baxış
Tramp administrasiyasından gözlənilməz addım | Vaşinqton hansı qərarı qəbul edib? - Baku TV

Tramp administrasiyasından gözlənilməz addım | Vaşinqton hansı qərarı qəbul edib? - Baku TV

Dünya
10 oktyabr 2026 496 baxış
Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq?

Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq?

Dünya
10 oktyabr 2026 496 baxış
Zaporojyedə yaşayış binaları hədəfə alındı - Baku TV CANLI

Zaporojyedə yaşayış binaları hədəfə alındı - Baku TV CANLI

Dünya
10 oktyabr 2026 496 baxış
Tramp-Putin razılaşmasının pərdəarxası | Savaşın gedişatında gözlənilməz hadisələr olacaq? - Baku TV

Tramp-Putin razılaşmasının pərdəarxası | Savaşın gedişatında gözlənilməz hadisələr olacaq? - Baku TV

Dünya
10 oktyabr 2026 496 baxış
Zelenski: "Buna icazə vermək müharibəyə investisiya qoymaqdır"

Zelenski: "Buna icazə vermək müharibəyə investisiya qoymaqdır"

Dünya
10 oktyabr 2026 496 baxış
Berlin bununla yanacaq qıtlığını yumşaltmağa çalışır

Berlin bununla yanacaq qıtlığını yumşaltmağa çalışır

Dünya
10 oktyabr 2026 496 baxış
500 mindən çox abonent elektrik enerjisiz qalıb

500 mindən çox abonent elektrik enerjisiz qalıb

Dünya
10 oktyabr 2026 496 baxış
Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb

Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb

Dünya
10 oktyabr 2026 496 baxış
Seçilmişlər
icon