Pleyeri seçin:

Rusiyada tibb sahəsində inqilabi kəşf | Vaksinin əsas özəllikləri açıqlandı

28 noyabr 2024 393 baxış

Xərçəngə qarşı peyvəndin klinik sınaqlarında iştirak edən ilk xəstələr sözügedən vaksini 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində alacaqlar.

Bu barədə Rusiyanın “Veçernaya Moskva” mətbu orqanına istinadən məlumat yayılıb.

Bildirilib ki, sözügedən inqilabi vaksin Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzində Engelhardt Molekulyar Biologiya İnstitutu ilə birlikdə hazırlanıb.

Xəbəri Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin də təsdiq edib.

Baş onkoloq deyib ki, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzi eyni vaxtda iki istiqamətdə fəal işləyir:

“Birincisi, bədxassəli hüceyrələri məhv edən və eyni zamanda xəstənin antitümör toxunulmazlığını aktivləşdirən dörd qeyri-patogen virusun birləşməsinə əsaslanan onkolitik vaksindir. Onun effektivliyi və təhlükəsizliyi bir sıra sınaqlarla təsdiq edilib. Şiş əleyhinə vaksin onun böyüməsininin qarşısını almaqdan başlayaraq tam məhvinə qədər təsir edir”.

Andrey Kaprin onu da əlavə edib ki, ikinci hədəf xərçəng hüceyrələrini fərdiləşdirilmiş üsulla yaradılan mRNT vaksinlər vasitəsilə məhv etməkdir. Bu metod xəstələrə vərdiş etdiyimiz kimyaterapiyaları tətbiq etməklə deyil, onların vəziyyətini nəzərə alaraq fərdi yanaşma imkanı yaradacaq.

Baş onkoloqun sözlərinə görə, yeni peyvənd molekulyar səviyyədə fəaliyyət göstərir. Bu da spesefik şişlərlə mübarizədə və tibb aləmində böyük bir yenilik deməkdir.

Banner
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 393 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 393 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 393 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 393 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 393 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 393 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 393 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 393 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 393 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 393 baxış
Seçilmişlər
icon