Rusiyada tibbdə inqilab yaradacaq kəşflər | Dərman və vaksinlər isə…
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya milli layihəyə start verir. 2025-ci ildə bioiqtisadiyyatın inkişafı üzrə tədbirlər başlayacaq.
Bu barədə ölkənin Baş nazirinin müavini Denis Manturov məlumat verib.
Bildirilib ki, “120 yaşa qədər yaşamaq: insanlıq üçün yeni texnologiyalar” forumunda farmakologiya, qida, ekologiya proqramları irəli sürüləcək.
Onun sözlərinə görə, 120 yaşa qədər yaşamaq artıq indi mümkündür:
“Rusiya şəkər və piylənmənin dərmanı Ozempikin analoqunu, eləcə də Parkinson, Alsheymerə qarşı dərmanlar, şəkərsiz dondurma, qlütensiz qidalar və digər innovasiyaları təqdim etməyi planlayır. Biotexnologiya sahəsində maraqlı kəşflər var, məsələn etil spirtini taxta yonqarından almaq, onkoloji xəstələrin müalicəsi üçün yeni vaksinlər və s. Hazırda ölkədə 1000-ə qədər şirkət biotexnologiya üzrə məşğul olur. Bu bazarda 300 milyard yatırım və dövriyyə var”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
