Rusiyada yaşayanlara təcili xəbərdarlıq | Müsəlmanlar təhlükədədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva meriyası ölkədəki müsəlmanlara qarşıdan gələn Ramazan bayramı ərəfəsində evdə qalmalarını tövsiyə edib.
Bu barədə Şəhərin Milli Siyasət və Regionlararası Əlaqələr Departamentinin paytaxt prefektlərinə göndərdiyi məktubda bildirilib.
Qurum əhalidən hazırda qüvvədə olan məhdudiyyətlər barədə məlumatlanmasını xahiş edib. Departament işəgötürən şəxslərdən işlə təmin etdiyi miqrantları sözügedən məsələ ilə bağlı məlumatlandırmalarını da istəyib.
Yerli KİV-in yaydığı məlumata görə, qurum müraciəti zamanı Mərkəzi Asiya ölkələrindən gələn miqrantlara xüsusi diqqət yetirilməsini tələb edib.
Qeyd edək ki, sözügedən müraciətin “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı olduğu güman edilir.
Məlumat üçün bildirək ki, bundan əvvəlki illərdə paytaxtda bayram namazı ümumilikdə 6 yerdə qılınıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
