Rusiyadakı nadir hadisə görənləri heyrətə gətirdi | Anbaan görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Krasnaya Polyana kurortunda qeyri-adi hadisə baş verib.
Belə ki, turistlər nadir optik illüziya olan “Brokken kabusu”nu videoya çəkə biliblər.
Bu təbiət hadisəsi buludların içərisindən keçən işığın müşahidəçinin kölgəsini onların üzərinə proyeksiya etməsi nəticəsində baş verir.
Nəticədə dağlarda nəhəng siluet peyda olur.
Almaniyada Brokken dağının zirvəsində bu cür hadisələr tez-tez baş verdiyindən təbiət hadisəsi məhz belə adlandırılıb. Statistikaya görə, Qafqaz dağlarında da bu cür “kabuslar” müşahidə olunur, lakin bu, çox nadir hallarda baş verir.
Tarixə nəzər salanda aydın olur ki, ilk dəfə belə hadisə haqqında 1780-ci ildə alman təbiətşünası Yohann Zilis məlumat verib. O, səhər tezdən Brokken dağına qalxarkən buludlar arasında öz kölgəsini və başının ətrafında parıltını görüb. “Brokken kabusu” bəzən “Brokken şeytanı” da adlandırılır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
