Rusiyadan “Kütləvi Nüvə Zərbəsi” təlimi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında nüvə silahının qarşısının alınmasına dair təlim keçirilib.
Təlim zamanı ballistik və qanadlı raketlərin praktiki buraxılışları həyata keçirilib.
Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, təlim düşmənin nüvə zərbəsinə cavab olaraq strateji hücum qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirmək məsələlərinin işlənib hazırlanmasını əhatə edib.
Plesetsk sınaq kosmodromundan Kamçatkadakı Kura poliqonuna “Yars” qitələrarası ballistik raketinin, Barents dənizindəki strateji təyinatlı “Tula” nüvə raket sualtı kreyserindən isə “Sineva” ballistik raketinin buraxılışı həyata keçirilib. Təlimdə qanadlı raketləri buraxan “Tu-95MS” uzaqmənzilli aviasiya təyyarələri iştirak edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
