Rusiyalı diplomat Moldovada niyə "arzuolunmaz şəxs" elan olundu?
Moldovanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin hərbi attaşesinin köməkçisini “arzuolunmaz şəxs” elan edib.
Rusiyanın bu ölkədəki səfiri Oleq Vasnetsov sözügedən qərar barədə məlumatlandırılıb.
Qeyd edək ki, iyulun 31-də Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin, eləcə də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Xüsusi İşlər üzrə Prokurorluğun əməkdaşları Parlamentin və Sərhəd Xidmətinin binasında axtarış aparıb. Nəticədə hər iki qurumun ümumilikdə iki əməkdaşı casusluq ittihamı ilə saxlanılıb.
Qanunverici orqanda saxlanılan şəxsin Hüquq Departamentinin direktoru İoan Kryanqe olduğu açıqlanıb. Rusiyanın bu ölkədəki səfirliyindən isə bildirilib ki, hökumətin bu ritorikası ölkədə anti-Rusiya əhvali-ruhiyyəsinin yaradılmasına hesablanıb.