Rusiyalı kişinin ağlasığmaz addımı tənqid edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Novosibirsk şəhərinin sakini Mixail Raduqa drel vasitəsilə öz beynini deşib.
O ümid edib ki, bu, ona yuxularını idarə etməyə kömək edəcək. 40 yaşlı Mixail Raduqa öz üzərində trepanasiya, yəni cərrahi müdaxilə ilə kəllə sümüyünün deşilməsi əməliyyatını həyata keçirib.
Qeyd edək ki, o, “YouTube”da saatlarla neyrocərrahların videolarına baxıb və sözügedən əməliyyatın 5 qoyun üzərində sınaqdan keçirildiyini öyrənib. Daha sonra Rusiya sakini drel vasitəsilə beynində deşik açıb və həmin nahiyənin içərisinə elektrodlarla birgə çip yerləşdirib. Əməliyyat zamanı cərrahi təcrübəsi olmadığı üçün o, bir litrə yaxın qan itirib, lakin möcüzəvi şəkildə sağ qalıb.
Bildirək ki, Mixail Raduqa bu əməlinə görə mütəxəssislər tərəfindən kəskin şəkildə tənqid olunub. Belə ki, Oksford Universitetinin məsləhətçi-neyrocərrahı Aleks Qrin bildirib ki, Mixail asanlıqla ölə və ya insult keçirə bilərdi. Hazırda isə o, epilepsiyanın yaranma riski ilə üz-üzədir.
Onu da qeyd edək ki, Mixailin bu qədər işgəncədən sonra yuxularını idarə etməyi öyrənib-öyrənmədiyi bəlli deyil.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
