Pleyeri seçin:

Rusiyanı silkələyəcək döyüş hazırlığı | NATO Rusiya qarşısında nə qədər güclüdür?

24 aprel 2025 583 baxış

NATO Rusiyanın qərb sərhədlərində kontingentini artırır və hərbi infrastrukturunu inkişaf etdirir, “yumruq zərbəsi” formalaşdırır.

Bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O deyib: “Son bir il ərzində NATO ölkələrinin Rusiya Federasiyasının qərb sərhədləri yaxınlığında yerləşdirilən hərbi kontingentinin sayı təxminən 2,5 dəfə artıb. Şərqi Avropa dövlətlərinin ərazisində hərbi infrastrukturun sistemli inkişafı, strateji raketdən müdafiə sistemlərinin yerləşdirilməsi kimi Avropada yüksək döyüş potensialının saxlanmasına yönəlmiş tədbirlər görülməkdədir”.

S.Şoyqu qeyd edib ki, NATO 10 gün ərzində Rusiya sərhədləri yaxınlığında 100, 30 gün ərzində 300 minlik, 180 gün sonra isə 800 min nəfərlik qrupun yerləşdirilməsi imkanını nəzərdə tutan yeni döyüş hazırlığı sisteminə keçir:

“2023-2024-cü illərdə keçirilən təlimlər zamanı bu tapşırıqlar açıq şəkildə işlənib. Baltikyanı ölkələr öz ərazilərində müdafiə xətləri və NATO hərbi birləşmələri üçün hərbi bazalar tikmək üçün Qərbin pulundan istifadə edirlər. Amerikanın “Abrams” tanklarından əlavə, Polşa Cənubi Koreyanın zirehli texnikasını da aktiv şəkildə alır. 2026-cı ilin sonunadək 180 “Qara Pantera” K2 tanklarının alınması planlaşdırılır”.

Onun sözlərinə görə, NATO ölkələri də hava hücumundan müdafiə sistemlərini fəal şəkildə modernləşdirir:

“Norveç, Belçika və Niderland F-35 təyyarələri alaraq döyüş təyyarələri parklarını yeniləyir, Rumıniya və Bolqarıstan isə F-16 taktiki qırıcıları alır. Eyni zamanda NATO təyyarələrini qəbul etmək üçün “şərq cinahında” aerodrom şəbəkəsi hazırlanır”.

S.Şoyqu vurğulayıb ki, NATO ölkələrinin ümumi hərbi xərcləri Rusiyanın hərbi büdcəsindən 14 dəfə artıqdır.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 583 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 583 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 583 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 583 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 583 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 583 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 583 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 583 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 583 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 583 baxış
Seçilmişlər
icon