Pleyeri seçin:

Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması təsdiqlənib

13 dekabr 2025 549 baxış

Avropa İttifaqı Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.

Bununla bağlı Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında bildirilir.

"Avropa İttifaqı Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib", – deyə bəyanatda vurğulanır.

"Reuters" qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb.

"Avropa İttifaqı Ukraynanın maliyyələşdirilməsini saxlamaq istəyir, çünki Rusiyanın işğalını öz təhlükəsizliyinə təhdid hesab edir. Bunun üçün İttifaq dövlətləri 2022-ci ildə Ukraynaya hücumdan sonra blokladıqları Rusiyanın suveren aktivlərinin bir hissəsini cəlb etməyə çalışır", – deyə məqalədə yazılır.

Avropa İttifaqı ölkələri hökumətləri tərəfindən razılaşdırılmış ilk vacib addım aktivlərin dondurulmasının uzadılması məsələsində hər altı ayda bir səs vermək əvəzinə, Rusiyanın 210 milyard avro dəyərində aktivlərinin lazımi müddətə bloklanmasıdır.

Bu, Moskva ilə digər Avropa İttifaqı dövlətlərinə nisbətən "isti münasibətləri" olan Macarıstan və Slovakiyanın hansısa bir anda dondurma müddətini uzatmaqdan imtina edə bilməsi və İttifaqı Rusiyanın pullarını geri qaytarmağa məcbur etməsi riskini aradan qaldırır.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 549 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 549 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 549 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 549 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 549 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 549 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 549 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 549 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 549 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 549 baxış
Seçilmişlər
icon