Rusiyanın ərazimizə doğru yayılan təxribatlarına qarşı gücümüzü daha da artırmalıyıq | Kaya Kallas
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiyanın ərazimizə doğru yayılan təxribatlarına qarşı durmaq üçün gücümüzü daha da artırmalıyıq".
Bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Avropa illərdir ki, kiberhücumlarla üzləşir.
"Bu hücumların intensivliyi görünməmiş səviyyədə artıb. Dəfələrlə dronların hava məkanını pozması halları baş verib və Rumıniyada partlayıcı maddələr daşıyan Rusiya dronu aşkarlanıb. Bunlar Rusiyanın Aİ vətəndaşlarına, regional sabitliyə və beynəlxalq sülhə təhdididir. Münaqişəni qızışdıran ehtiyatsız hərəkətlərdir. Avropa Birliyinin Ukraynaya dəstəyi sarsılmazdır. Rusiyanı təkcə qınamaq kifayət deyil. Onun təxribatlarına qarşı durmaq qabiliyyətimizi daha da gücləndirməliyik. Hibrid təhdidlərlə mübarizə üçün gündəliyimizi irəli sürməliyik", – deyə Kaya Kallas əlavə edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI
