Rusiyanın hava limanlarında "xalça" rejimi elan olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtına dron hücumu cəhdi olub. Bu barədə Moskva şəhər meri Sergey Sobyanin “Telegram”da bildirib.
“Gecə Moskvaya cənub yönündən dronla soxulmağa cəhd edilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən hadisə qabaqlanıb”, – S.Sobyanin diqqətə çatdırıb.
Məlumatda dronun harada zərərsizləşdirildiyi aydınlaşdırılmayıb. Bundan başqa, avqustun 20-nə keçən gecə Moskvanın Domodedovo və Vnukovo hava limanlarında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb.
“Baza” “Telegram” kanalının məlumatına görə, hava limanlarında dron təhlükəsi ilə əlaqədar “Xalça” rejimi elan olunub. Təyyarələrin Şerementyevo aeroportuna yönləndirildiyi bildirilib.
Həmçinin Ukrayna ilə həmsərhəd olan Kursk şəhərinin dəmir yolu vağzalına dron hücumu olub, 5 nəfər yaralanıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
