Rusiyanın hücumuna hazırıq | Rişi Sunakdan müharibə şərhi
Yeniliklərdən dərhal xəbərdar olun
“Moskva hücum həyata keçirmək qərarına gəlsə, Britaniya Rusiyanın hücumunu dəf etməyə hazır olacaqdı”.
Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak “Talk TV”də teleaparıcı Pirs Morqana müsahibəsində bildirib.
“Bəli, mənim işim ümumi təhlükəsizliyimizi təmin etməkdir” deyən Baş nazir Rusiyanın Böyük Britaniyaya “silah qaldıracağı” təqdirdə krallığın hücumu dəf etməyə hazır olub-olmaması ilə bağlı suala cavab verib.
“Məncə, biz yaxşı qorunmuşuq və müdafiəyə kifayət qədər sərmayə qoymuşuq. Biz NATO-da müdafiəyə ən çox pul xərcləyən ikinci ölkəyik”, – deyə R.Sunak əlavə edib.
Onun sözlərinə görə, dünyada vəziyyət getdikcə gərginləşdiyindən London müdafiə xərclərini artırır. Bununla bağlı o, Yəmən döyüşçülərinin Qırmızı dənizdə gəmiçiliklə bağlı yaratdığı təhlükəni xatırladıb.
Hökumət başçısı eyni zamanda Moskvanın Qərblə qarşıdurmada “strateji məğlubiyyətə uğraması” tezisini təkrarlayıb, Ukraynadakı müharibənin NATO müttəfiqlərini birləşdirdiyini deyib və əlavə edib ki, indi onlar Rusiya Federasiyası və ya digər ölkələrin təcavüzünü dəf etməyə daha yaxşı hazırdırlar.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
