Rusiyanın məqsədi təkcə Ukrayna deyil | Sözçü bu ölkələrə xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Odessa sahillərinə enib şəhəri tutmaq üçün Rusiyanın xeyli sayda qüvvə və vasitələri olmalıdır, hazırda onun belə imkanları yoxdur, amma Ukrayna Müdafiə Qüvvələri bu ssenariyə də hazırlaşır”.
Bunu Ukrayna Ordusunun “Cənub” müdafiə qüvvələrinin sözçüsü Vladislav Voloşin deyib.
“Prezidentimizin qeyd etdiyi kimi, Rusiyanın hərbi-siyasi rəhbərliyi heç vaxt gizlətməyib ki, onların geosiyasi maraqları sferasına həm Odessa, həm də Ukraynanın bütün cənubu daxildir.
Amma bizim kəşfiyyatımıza görə, düşmən indiki məqamda Odessa yaxınlığındakı sahillərdə əməliyyat keçirməyə və Odessanı tutmağa ehtiyac duymur”, ‒ o bildirib.
V.Voloşinin fikrincə, Rusiya Ordusu Odessanı quru yolu ilə tutmağı planlaşdırırsa, əvvəlcə Dneprdən keçməli, Xerson və Nikolayv kimi şəhərləri tutmalı, ardınca Odessaya yönəlməlidir, yəni bu, kifayət qədər uzun məsafədir:
“Rusiya aylardır 30 min nəfərin yaşadığı Çasiv Yar kimi kiçik bir şəhəri ələ keçirməyə çalışır. Yaxud, məsələn, Toretski. Deməli, Odessanı ələ keçirmək sadəcə onların böyük arzusudur”.
İyunun 11-də Odessada keçirilən Ukrayna ‒ Cənub-Şərqi Avropa sammiti zamanı Prezident Volodimir Zelenski bəyan edib ki, Avropa Ukrayna və Moldovanı itirə bilməz, çünki bu, Kremlin başqa ölkələrə müdaxiləsinə gətirib çıxaracaq.
Onun sözlərinə görə, Moskva Odessanı ələ keçirməyi, ardınca Moldova və Rumıniya ilə sərhədə doğru irəliləməyi planlaşdırır.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
