Rusiyanın Polşadakı sonuncu konsulluğu da bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Polşanın Qdansk şəhərində yerləşən Rusiyanın Baş Konsulluğu bağlanıb. Bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səbəb isə Varşava şəhərini Ukrayna ilə sərhəddə yerləşən stansiya ilə birləşdirən dəmiryol xəttinin təxribata məruz qalmasıdır.
Rusiyanın Xarici İşlər Nazirliyi də Polşanın bu qərarına reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, cavab olaraq Polşanın Rusiyadakı diplomatlarının sayı azaldılacaq.
O bu ixtisarları Rusiyanın cavabı, güzgü tədirlər adlandırıb.
Qeyd edək ki, Qdanskdakı Baş Konsulluq Rusiyanın Polşadakı son konsulluğu idi. 2024-cü ildə Poznan, 2025-ci ildə isə Krakov şəhərində Rusiyanın konsulluqlarının fəaliyyəti dayandırılıb. Buna cavab olaraq Rusiya Sankt-Peterburq və Kalininqradda Polşanın konsulluqlarını bağlamışdı.
Hazırda Polşanın İrkutskda konsulluğu, Moskvadakı səfirlikdə isə konsulluq şöbəsi fəaliyyyət göstərir. Rusiyanın isə ancaq Varşavadakı səfirliyi qalıb.
#Polşa teqi istifadə olunub
- AK prezidenti Polşa Prezidenti ilə görüşdən niyə imtina edib?
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Polşada daxili gərginlik
- Millətçilik və parçalanma dalğası yüksəlir | Polşada nələr baş verir?
- Polşada siyasi qarşıdurma pik həddə: Prezident və hökumət arasında nələr baş verir? - Baku TV
