Pleyeri seçin:

Rusiyanın “Proyekt” portalının jurnalisti “Peşə - jurnalist” mükafatını almaqdan imtina edib

24 dekabr 2025 369 baxış

Rusiyanın “Proyekt” portalının jurnalisti Yekaterina Arenina oliqarx Mixail Xodorkovski tərəfindən təsis edilən “Peşə – jurnalist” mükafatını almaqdan açıq şəkildə imtina edib.

Arenina həmmüəllifi Roman Badaninlə birgə çəkdiyi “Katyanın bağı” sənədli filminin mükafatın şort-listindən çıxarılmasını xahiş edib.

Film daha əvvəl mükafatın namizədləri siyahısına daxil edilibmiş.

Jurnalist müraciətində bildirib ki, hazırkı şəraitdə nə o, nə də həmmüəllifi Xodorkovski ilə əlaqəli olan jurnalist mükafatını, xüsusilə də pul mükafatını qəbul etməyi mümkün hesab etmir.

Onun sözlərinə görə, bu mövqe barədə təşkilatçılar hələ ötən il məlumatlandırılıb və indi işin rəsmi şəkildə səsvermədən çıxarılması xahiş olunur.

Bu mövqeyə “Mediazona” nəşrinin jurnalisti Yeqor Skovoroda da qoşulub. O xatırladıb ki, ötən il namizəd göstərilən materialın redaktoru olduğu halda belə, mükafatın təqdimetmə mərasiminə qatılmaqdan imtina edib.

Skovorodanın sözlərinə görə, Leonid Nevzlinlə bağlı qalmaqallı hadisələrdən sonra Xodorkovski layihələri ilə əlaqəli olmaq “ən azı qəribə, əslində isə utancvericidir”.

Jurnalist vurğulayıb ki, Xodorkovski indiyədək Leonid Nevzlini açıq şəkildə qınamayıb və onu müdafiə etməyə davam edir. Halbuki “Proyekt” və “Mediazona” jurnalistləri Nevzlinə aid elektron poçt yazışmalarını təsdiqləyərək onun Leonid Volkova qarşı sui-qəsddə rolunu ortaya çıxarıblar.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 369 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 369 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 369 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 369 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 369 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 369 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 369 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 369 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 369 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 369 baxış
Seçilmişlər
icon