Pleyeri seçin:

Rusiyaya getmək istəyənlərə rədd cavabı | Bu qaydalar sərtləşdirildi

29 may 2024 485 baxış

2024-cü ilin yanvar-aprel aylarında Rusiyadan 22 minə yaxın xarici vətəndaş çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin analitik hesabatında deyilir.

Bildirilib ki, Rusiya xüsusi müəssisələrində deportasiyasını gözləyən 6,8 mindən çox əcnəbi var. Həmçinin Rusiyaya gəlmək istəyənlərə də rədd cavabının verilməsinin sayı artıb. Əgər 2023-cü ilin ilk üç ayında 55 min əcnəbi Rusiya Federasiyasına buraxılmayıbsa, bu ilin birinci rübündə bu rəqəm 79 min olub.

Bundan əlavə, müvəqqəti yaşamaq üçün icazələrin sayı 40,9%, uzunmüddətli yaşamaq üçün icazələrin sayı isə 20,1% azalıb.

Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qeyri-qanuni miqrasiyanın təşkili ilə bağlı müəyyən edilmiş cinayətlərin sayı 2,5 dəfə artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşlığa qəbul edilənlərin sayı 49% azalıb. 669 nəfər də Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya Daxili İşlər Nazirliyi bəyan edib ki, bu, sözügedən sahəyə nəzarətin gücləndirilməsi və Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinin Rusiya vətəndaşı kimi tanınması ilə bağlıdır.

Qeyd edək ki, “Crocus City Hall”da baş verən teraktdan sonra Rusiyada miqrantlara qarşı münasibət sərtləşib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 485 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 485 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 485 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 485 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 485 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 485 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 485 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 485 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 485 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 485 baxış
Seçilmişlər
icon