Rusiyaya ordusunu yenidən qurmaq üçün neçə il lazımdır? | Nəşrdən sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyası ildə 1400-dən çox “İskəndər” ballistik və 500 “X-101” qanadlı raket istehsal edir.
Bu barədə “The Economist” məlumat yayıb.
Amerika nəşri yazır ki, Rusiya lideri Vladimir Putin belə yollarla ölkəsini imperiya statusuna qaytarmaq istəyir.
Nəşrin materialında bildirilir ki, Kreml sahibinin ritorikası təkcə Ukraynanın deyil, həm də Finlandiya və Baltikyanı ölkələr – Latviya, Litva və Estoniyanın suverenliyini şübhə altına alır:
“Müharibə onun üçün hakimiyyəti saxlamaq, nəzarət və cəmiyyəti səfərbər etmək üçün bir vasitədir”.
Nəşr kəşfiyyat mənbələrinə istinadla bildirir ki, Rusiya NATO ilə genişmiqyaslı toqquşmaya hələ hazır deyil, amma 6 aydan sonra Baltikyanı ölkələrdən birinə, daha 2 ildən sonra isə bir neçə ölkəyə qarşı məhdud müharibəyə hazır ola bilər.
ABŞ kəşfiyyatına görə, Ukraynada ciddi itkilər verən Rusiyaya ordusunu yenidən qurmaq üçün 10 il lazımdır. Bu baxımdan Norveç kəşfiyyatının hesablamaları 5-10 il, Ukraynanınkı 5-7 il, Almaniyanın proqnozu isə 5-8 ildir.
Danimarka kəşfiyyatının qənaəti belədir:
“Növbəti illərdə Rusiya NATO-ya təzyiq və ya meydan oxumaq üçün hərbi gücdən istifadə etməyə daha çox meyilli olacaq”.
#Rusiya teqi istifadə olunub
- Vaşinqton Avropanın gələcək təhlükəsizliyi ilə bağlı razılaşma istəyir
- Hərbi təhlükəsizlikdə gərgin anlar | Paşinyan Moskvadan niyə aralanır? - Baku TV
- Rusiya Ukraynanın atəşkəs təklifinə nə cavab verəcək? - Baku TV CANLI
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
