Pleyeri seçin:
Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusunun general-polkovniki Rüstəm Muradov Ukraynadakı Rusiya qoşunlarının “Şərq” qrupunun komandanı vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə rusiyalı teleaparıcı və jurnalist Ruslan Ostaşko teleqram kanalında məlumat verib. “Şərq” qruplaşmasının Uqledar istiqamətində hücum əməliyyatları zamanı böyük itkilər verdiyi iddia olunur. Məlumat rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, 50 yaşlı Rüstəm Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinə komandirlik edib.
Kopyalandı
