Pleyeri seçin:

Sabiq "Google" mühəndisi süni intellekt sirlərini oğurlamaqda ittiham olunur

30 yanvar 2026 537 baxış

ABŞ-də münsiflər heyəti "Google" şirkətinin sabiq proqram mühəndisi Linvey Dini süni intellektlə bağlı kommersiya sirlərini oğurlayaraq Çin şirkətlərinin xeyrinə istifadə etməkdə təqsirli bilib.

Bu barədə "Reuters" ABŞ Ədliyyə Nazirliyinə istinadla məlumat yayıb.

38 yaşlı Çin vətəndaşı Linvey Din San-Fransiskoda keçirilən 11 günlük məhkəmə prosesindən sonra iqtisadi casusluq üzrə yeddi, kommersiya sirlərinin oğurlanması üzrə isə daha yeddi maddə ilə günahkar sayılıb.

Məhkəmənin müəyyən etdiyinə görə, o, minlərlə səhifəlik məxfi məlumatı qanunsuz şəkildə əldə edib.

Hər bir iqtisadi casusluq maddəsi üzrə maksimum 15 il həbs və 5 milyon dollar cərimə, kommersiya sirlərinin oğurlanması üzrə isə maksimum 10 il həbs və 250 min dollar cərimə nəzərdə tutulur.

Linvey Dinin fevralın 3-də məhkəmədə növbəti iclasda iştirak edəcəyi bildirilib.

İttiham tərəfinin məlumatına görə, Din "Google"un iri süni intellekt modellərinin hazırlanması üçün istifadə olunan superkompüter məlumat mərkəzlərinə aid avadanlıq infrastrukturu və proqram platformaları barədə məlumatları oğurlayıb. Həmin məlumatlar "Google"un bulud texnologiyaları sahəsində rəqibləri olan "Amazon" və "Microsoft" qarşısında üstünlük əldə etməsinə, eləcə də "Nvidia" çiplərindən asılılığın azaldılmasına yönəlib.

Prokurorlar qeyd ediblər ki, Linvey Din 2019-cu ilin mayında "Google"da işə başlayıb və təxminən üç il sonra Çində yeni yaranan texnologiya şirkəti ilə əməkdaşlığa cəlb edildiyi dövrdə məxfi məlumatları mənimsəməyə başlayıb.

"Google" şirkətinin özü bu iş üzrə ittiham olunmayıb və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, istintaq ABŞ hökuməti tərəfindən 2023-cü ildə yaradılmış texnoloji təhlükəsizlik üzrə xüsusi qurumun koordinasiyası ilə aparılıb.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 537 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 537 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 537 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 537 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 537 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 537 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 537 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 537 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 537 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 537 baxış
Seçilmişlər
icon