Sağ olsaydı, bunlara imkan verməzdi... | Gülserenin xəyanətlə bağlı açıqlaması diqqət çəkdi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur psixiatr və yazıçı Gülseren Budayıcıoğlunun xəyanətlə bağlı açıqlaması diqqət çəkib.
Türkiyə mətbuatı xəbər verir ki, o aldadılsa, qarşısındakını bağışlaya biləcəyini söyləyib.
“Xəyanətin növü çox önəmlidir. Emosional boşluq zamanı yaşanan müvəqqəti bir vəziyyətdirsə, bərpa oluna bilər. Amma qəsdən, kimisə yormaq üçün edilirsə, orada başqa duyğular işə düşür”, − deyə o bildirib.
Həyat yoldaşının sədaqətinə güvəndiyini dilə gətirən G.Budayıcıoğlu sözlərinə belə davam edib: “Mənim həyat yoldaşım dünyanın ən aydın, ən dürüst insanı idi. Aldatsaydı bunu gizlədə bilməzdi”.
G.Budayıcıoğlu həmçinin deyib ki, əgər həyat yoldaşı sağ olsaydı bu qədər uğur qazana bilməzdi. O, mərhum yoldaşının vaxtilə çox qısqanc olduğunu deyib:
“Həyat yoldaşım sağ olsaydı, heç vaxt İstanbula gəlməyimə, kitab yazmağıma, gecələr klinikada qalmağıma icazə verməzdi. Gözə görünməyimi istəməzdi. Onun yoxluğu mənim üçün böyük bir boşluqdur, amma bu boşluq mənə həm də yazmaq gücü verdi”.
Qeyd edək ki, Türkiyə istehsalı məşhur “İstanbullu Gelin”, “Doğduğun Ev Kaderindir”, “Camdaki Kız”, “Kırmızı Oda”, “Masumlar Apartmanı”, “Terzi” və s. seriallar G.Budayıcıoğlunun kitabları əsasında çəkilib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
