Pleyeri seçin:

Sağlam yuxu, düzgün qidalanma və stresdən uzaq olmaq lazımdır

20 mart 2026 556 baxış

Sürətli pəhriz proqramları və həddindən artıq fiziki yüklənmə orqanizmdə yorğunluq yaradır, nəticədə itirilmiş çəki qısa müddətdə geri qayıdır. Bu səbəbdən ekspertlər kəskin məhdudiyyətlər yerinə, yüngül rejimə riayət edərək hədəfə tədricən çatmağı məsləhət görürlər.

Bu barədə LEVITA beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin baş məşqçisi və müəllim hazırlığı şöbəsinin müdiri Akulina Baxturina danışıb.

Mütəxəssis bildirib ki, cəmi altı həftə ərzində yağ kütləsini azaltmaq və əzələləri bərkitmək mümkündür.

Sağlam çəki itkisi üçün həftəlik norma isə 0,5-1 kiloqram arası müəyyən edilir. Uğurlu nəticə üçün həftədə 3-4 dəfə, hər biri 30-45 dəqiqə olmaqla məşq etmək kifayətdir. Bu prosesdə güc, kardio və dartınma (stretching) hərəkətlərini kombinasiya etmək, həmçinin gün boyu fiziki aktivliyi yüksək tutmaq vacibdir.

Altı həftəlik proqrama gəlincə, 1-2-ci həftə  bədənin yeni rejimə öyrəşmə mərhələsi olmalıdır. 3-4-cü həftə məşqlərin tempinin və intensivliyinin artırılması, 5-6-cı həftə isə əldə olunmuş nəticələrin sabitləşdirilməsi kimi nəzərə alınmalıdır.

Məşqçi qeyd edir ki, baza hərəkətləri olan plank və çömbəlmə (squat) tamamilə yetərlidir. Hər gün fasiləsiz idman etmək isə yanlış yanaşmadır, orqanizmin bərpası üçün həftənin 2-3 gününü istirahətə ayırmaq lazımdır. Əks halda, zədələnmə riski və xroniki yorğunluq yarana bilər.

Sonda vurğulanıb ki, səmərəli nəticə üçün sağlam yuxu, düzgün qidalanma və stresdən uzaq durmaq ən vacib şərtlərdir.

Banner
Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Dünya
04 noyabr 2026 556 baxış
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 556 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 556 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 556 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 556 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 556 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 556 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 556 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 556 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 556 baxış
Seçilmişlər
icon