Sanksiyalar Rusiya ilə yanaşı İran və “Hizbullah”a da tətbiq edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"İran və "Hizbullah" qruplaşması hazırda ABŞ Konqresi tərəfindən nəzərdən keçirilən anti-Rusiya sanksiyaları haqqında qanun layihəsinə əlavə edilə bilər".
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İraqın Baş naziri Əli əl-Zeydi ilə keçirilən birgə mətbuat konfransında çıxış edərkən bildirib.
"Bu, Lindsinin xatirəsinədir. O bunu dünyada hər şeydən çox istəyirdi", – deyə o, jurnalistlərə deyib.
Ağ Ev rəhbəri həmçinin ABŞ-nin İranı hərbi potensialının böyük hissəsindən məhrum etdiyini bir daha bəyan edib.
Tramp həmçinin münaqişənin növbəti eskalasiyasına görə məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü vurğulayıb:
"Mən onlara razılaşma əldə etmək üçün şans vermək istəyirdim. Birinci onlar atəş açdılar və bu, böyük səhv idi, çünki biz onları yaxşıca əzişdirdik. Bunlar çox təhlükəli insanlardır".
İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın hədələrinə cavab verib. Pezeşkian bu barədə mediaya müsahibəsində deyib.
"Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik və torpağımızın hər qarışını qoruyacağıq", – deyə o bildirib.
İran Prezidenti əlavə edib ki, Trampın bəyanatlarına amerikalıların özləri cavab verməlidirlər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
