Şəhid Rəcai limanındakı partlayışın detalları | İranı sarsıdan hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Bəndər Abbasdakı Şəhid Rəcai limanında partlayışa ballistik raketlər üçün bərk yanacaq istehsalı olan komponentlə düzgün davranılmaması səbəb olub.
Bu barədə İran hökumətinin sözçüsü Fatimə Mohacerani məlumat yayıb.
19 saatdan artıqdır ki, davam edən yanğının nəzarət altına alındığı və onun tam söndürülməsi istiqamətində işlərin davam etdiyi bildirilib.
Qeyd edək ki, partlayış nəticəsində azı 25 nəfər həlak olub. Yaralananların sayı isə 1139 nəfəri keçib. Hadisə nəticəsində itkin düşənlərin olduğu güman edilir. Partlayışın dalğası çox güclü olduğundan liman ətrafı əksər tikili və avtomobillərə ciddi ziyan dəyib. Şəhərdə zərərçəkənlərin sayının durmadan artması səbəbindən transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
Onu da bildirək ki, daha əvvəl Qərb mediası sözügedən yanacağın istehsalı üçün əsas komponentlərdən biri olan yüzlərlə ton ammonium perxloratın Çindən İrana çatdırılacağını iddia edib. Lakin İran tərəfi bu informasiyanı təkzib edib.
#İran teqi istifadə olunub
- Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
