Pleyeri seçin:

Senatorun qarşısına iki seçim qoyuldu | Menendez qərarını verdi

24 iyul 2024 432 baxış

Ermənilərin himayədarı kimi tanınan ABŞ-nin Nyu-Cersi ştatından olan senatoru Robert Menendez istefa verib.

O, artıq istefa ərizəsini Senata təqdim edib. Bu barədə Demokratlar Partiyasının yaydığı bəyanatda bildirilib.

Yerli medianın məlumatına görə, senatorun qarşısına 2 seçim qoyulub: Öz istəyi ilə qurumu tərk etmək və ya Senatdan qovulmaq.

O da 1-ci versiyanı seçmək qərarına gələrək sözügedən ərizəni yazmaq məcburiyyətində qalıb. Beləliklə, ermənilərin “qoruyucusu” adını almış Robert Menendezin rəsmi olaraq fəaliyyəti avqustun 20-də sonlanacaq.

Korrupsiyada və xarici agent kimi işləməkdə ittiham olunan senator isə heç vaxt ictimai andı pozmadığını və ölkəsinə xəyanət etmədiyini söyləyib:

“Münsiflər heyətinin qərarına görə çox təəssüf edirəm. Mən inanıram ki, qanun və faktlar bu qərarı dəstəkləməyəcək və apellyasiya şikayəti veriləcək. Mən heç vaxt ictimai andımı pozmamışam. Mən yalnız ölkəm üçün çalışmışam və vətənpərvər olmaqdan başqa heç bir yola əl atmamışam. Eyni zamanda mən xarici agent kimi fəaliyyət də göstərməmişəm. Fikrimcə, münsiflər heyətinin verdiyi qərar ABŞ Senatının hər bir üzvünü riskə atacaq".

Məlumat üçün bildirək ki, R.Menendez rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və qanuna qarşı çıxmaq kimi maddələr də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilinib.

İttihamlara görə, o, həyat yoldaşı ilə birgə külli miqdarda qızıl, yüz minlərlə dollar nağd pul, bahalı avtomobillər alıb. Yerli medianın məlumatına görə, 16 ittihama görə onu maksimum 222 il həbs cəzası gözləyir.

Maraqlısı budur ki, bu, 2006-cı ildən bəri ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda çalışan senatorun ilk belə məhkəməsi deyil. R.Menendez 2015-ci ildə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilib. Lakin 2017-ci ilin noyabrında keçirilən məhkəmədə o, bütün ittihamları rədd edib. Məhkəmə heyətinin hökm çıxara bilməməsi və hər 2 tərəfin iddiaları yalanlaması səbəbindən bu proses yalnız araşdırma ilə nəticələnib.

Banner
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 432 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 432 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 432 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 432 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 432 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 432 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 432 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 432 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 432 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 432 baxış
Seçilmişlər
icon