SEPAH Hörmüz boğazında hücuma keçdi | Hansı hədəflər vuruldu? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ müttəfiqlərinə məxsus "Aten Nova" yanacaqdoldurma tankeri Hörmüz boğazında iki pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra yanıb.
Bu barədə məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında yayılıb.
Qeyd olunub ki, "Gerçək vəd-4" əməliyyatının 12-ci mərhələsi çərçivəsində ABŞ-nin Bəhreyndəki digər obyektləri də vurulub. Hücum zamanı 6 PUA-dan istifadə olunub.
ABŞ Ordusunun Küveyt, BƏƏ və Hörmüz boğazındakı stasionar və mobil hədəfləri 26 PUA və 5 ballistik raketlə vurulub.
"Əməliyyatlar zamanı ABŞ-nin Küveytdəki "Arifcan" adlı bazası iki mərhələdə 12 PUA ilə vurulub. BƏƏ-dəki "Minhad" bazasında ABŞ Silahlı Qüvvələrinin komandanlıq-idarəetmə mərkəzinə 6 dron və 5 ballistik raketlə hücum edilib", – deyə məlumatda bildirilib.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
