SEPAH isə ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ordusu İranın Fars vilayətinin Şiraz şəhərinə hava hücumu təşkil edib.
Aviazərbələr nəticəsində insan itkisi qeydə alınmayıb. Məlumata görə, dağıntılar və dəyən ziyanın miqyası hesablanır.
Fars vilayətinin digər ərazisinə hücum zamanı İranın təhlükəsizlik qüvvələri ABŞ-yə məxsus raketi zərərsizləşdirib.
Bu arada İran Ordusu ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında qeyd edilib.
"Bəhreynin əs-Səxir hava limanında yerləşən ABŞ bölmələrinin pilotsuz uçuş aparatlarının saxlanc və təmir anqarlarına hücum edilib, obyektlər məhv olunub. Bəhreynin Salman limanında TF59 üzən vasitələrinin hazırlıq məntəqələrinə də zərbələr endirilib. Hədəflər sırasında Küveytin Arifcan bazası da olub. Burada xüsusi dəniz təyinatlı qüvvələrinin yerləşmə, dəstək və təchizat anbarları tamamilə sıradan çıxrılıb”, – deyə açıqlamada bidirilib.
SEPAH-dan o da vurğulanıb ki, İranın silah-sursat ehtiyatları tükənmir və ABŞ-nin bununla bağlı iddiaları həqiqəti əks etdirmir.
#SEPAH teqi istifadə olunub
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
