SEPAH İsrailə məxsus gəmiyə zərbələr endirib
Yeniliklərdən dərhal xəbərdar olun
“İranla aparılan məsləhətləşmələr həddindən artıq uzun çəkir”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, danışıqların taleyinin onun üçün həlledici olmadığını vurğulayıb.
“Açığı, onların başa çatıb-çatmadığı məni maraqlandırmır. Əgər bitibsə, bitib. Bitməyibsə, hesab edirəm ki, bu proses artıq həddindən artıq uzanıb”, – deyə o qeyd edib.
Tramp həmçinin əlavə edib ki, danışıqlar onun üçün artıq olduqca darıxdırıcı görünməyə başlayıb.
Bu arada, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə məxsus olduğu bildirilən gəminin qanadlı raketlə vurulduğunu bəyan edib.
IRIB-in məlumatına görə, SEPAH bu addımın ABŞ-nin İranın “Lian Star” gəmisinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyini bildirib.
Açıqlamada qeyd olunub ki, raket zərbəsi ABŞ və İsrailə məxsus olduğu iddia edilən “Sariska” gəmisinə endirilib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
