SEPAH-la əlaqəli 41 nəfər həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu Livanda bir neçə bölgəyə zərbə endirib, 3 nəfər ölüb.
Livan mediasının xəbərinə görə, İsrail Hərbi Hava Qüvvələri Burc Rahal və Abbasiyyə bölgələrini birləşdirən yolda bir maşını hədəf alıb.
Bundan başqa, İsrail Ordusu Livanın Nəbatiyə, Kafra, Haris və Mənsuri bölgələrinə də zərbə endirib.
Qeyd edək ki, İsrailin Livana aviazərbələri nəticəsində indiyə qədər 2700-dən çox insan ölüb.
Bəhreyndə isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 41 nəfər həbs edilib. Bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həbs edilən şəxslər İrana casusluqda təqsirli bilinirlər. Nazirlik həbs edilən 41 nəfərin SEPAH-ın Bəhreyndəki əsas fiqurları olduğunu açıqlayıb.
“Bu təşkilatın fəaliyyətlərində iştirak edən və qeyri-qanuni əməllər törədən istənilən şəxs barəsində lazımi tədbirlərin görülməsi üçün araşdırmalar davam edəcək”, – deyə Bəhreyn DİN-in məlumatında bildirilir.
#İsrail Ordusu teqi istifadə olunub
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
