Pleyeri seçin:

SEPAH xəbərdarlıq etdi: Atəşkəsin pozulması danışıqları dayandıra bilər - Baku TV

28 iyun 2026 336 baxış

İslam İnqilabı Keşikçiləri Korpusu Amerikanın son zərbələrinə cavab olaraq ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

SEPAH-ın bu barədə bəyanatını IRIB yayıb.

Bəyanatda qeyd olunub ki, bazar günü gecə saatlarında Korpusun hərbi dəniz və hərbi hava qüvvələri ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbi infrastrukturunun səkkiz obyektinə, Küveyddəki “Əli əs-Salim” bazasındakı və Bəhreynin Salman limanındakı 5-ci donanmasının bazasına hücum edib.

Bəyanatda həmçinin qısa müddət əvvəl ABŞ-nin İslam Respublikasının beş sahil postuna zərbələr endirdiyi xatırladılıb.

“İslamabad memorandumuna əsasən, Hörmüz boğazında gediş-gəlişə nəzarət qaydaları İslam Respublikasına məxsusdur və bundan sonra da qayda pozan gəmilərə qarşı əvvəlkindən daha sərt tədbirlər görüləcək”, – deyə bəyanatda qeyd olunub.

Atəşkəsin pozulmasının İslamabad memorandumunun birinci bəndinə zidd olduğu vurğulanan bəyanatda bu halların danışıqlar prosesinin dayandırılmasına səbəb olacağı bildirilib.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İrandakı hərbi hədəflərə əlavə zərbələr endirildiyini açıqlayıb.

Komandanlığın məlumatına görə, zərbələr İranın kommersiya gəmisinə növbəti hücumuna cavab olaraq həyata keçirilib.

İddia olunur ki, iyunun 27-si səhər saatlarında İranın kamikadze pilotsuz uçuş aparatı Hörmüz boğazı yaxınlığında Panama bayrağı altında üzən və iki milyondan çox barel neft daşıyan “Kiku” tankerini vurub.

Bundan sonra ABŞ hərbi aviasiyası İranın hərbi kəşfiyyat obyektlərinə, rabitə sistemlərinə, Hava Hücumundan Müdafiə mövqelərinə, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara və dəniz minalarının yerləşdirilməsi vasitələrinə zərbələr endirib.

Komandanlıq əlavə edib ki, Hörmüz boğazından kommersiya gəmilərinin hərəkəti davam edir və ABŞ qüvvələri zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görməyə hazırdır.

Banner
Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Dünya
13 oktyabr 2026 336 baxış
Ukraynada həlak olan uşaqların sayı ən azı 940-a çatıb

Ukraynada həlak olan uşaqların sayı ən azı 940-a çatıb

Dünya
13 oktyabr 2026 336 baxış
NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir

NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir

Dünya
13 oktyabr 2026 336 baxış
Merts Avropanın Rusiyadan dizel yanacağı almayacağını bildirib

Merts Avropanın Rusiyadan dizel yanacağı almayacağını bildirib

Dünya
13 oktyabr 2026 336 baxış
Deputatlar Vaşinqtonla hərbi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir

Deputatlar Vaşinqtonla hərbi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir

Dünya
13 oktyabr 2026 336 baxış
Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI

Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI

Dünya
13 oktyabr 2026 336 baxış
Qağayıların gəlişi Kunmində ənənəvi müşahidə mövsümünü başladıb

Qağayıların gəlişi Kunmində ənənəvi müşahidə mövsümünü başladıb

Dünya
13 oktyabr 2026 336 baxış
Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib

Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib

Dünya
13 oktyabr 2026 336 baxış
Tehran ABŞ ilə əməkdaşlıq edən gəmiləri sərt tədbirlərlə hədələyir

Tehran ABŞ ilə əməkdaşlıq edən gəmiləri sərt tədbirlərlə hədələyir

Dünya
13 oktyabr 2026 336 baxış
Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur

Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur

Dünya
13 oktyabr 2026 336 baxış
Seçilmişlər
icon